"The Index of Future"

BİZ KİMİK ?

 

Azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına, gələcəyinə töhfə verə bilməsi və bununla yanaşı, gənclərin özlərini inkişaf etdirə bilmələri üçün qurulmuş bir təşkilatdır.

HAQQIMIZDA

Başda Türkiyə olmaqla dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarının artırılması məqsədi ilə 2013 cü ildə Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi (AzeDer) olaraq təsis edilmiş və cari ildən yeni ad altında fəaliyyətinə dəvam edən insan kapitalının inkişaf mərkəzidir.

 

2014-cü il 27 Sentyabr tarixindən INDEX adı altında fəaliyyət göstərən mərkəz xaricdə təhsil alan azərbaycanlı gənclərlə yanaşı eyni zamanda Azərbaycan Respublikası dövlət qulluqçularının da beynəlxalq təcrübə əldə etməsi, qlobal şirkətlərin iş prinsipləri ilə yaxından tanış olması istiqamətində fəaliyyət göstərəcəkdir.

MİSSİYAMIZ

Azərbaycanlı gənclərin entuziazmını məhz Azərbaycanın gələcəyinə investisiya etmək.

 

Azərbaycanlı gənclərin şəxsi karyera inkşafına dəstək üçün fəaliyyətlər həyata keçirmək.

 

Dövlətçiliyimizin təməllərinin daha da güclənməsi və onun maraqlarının müdafiəsi üçün çalışmaq.

 

Töhfə verərək qazanmağı, paylaşaraq öyrənməyi özündə cəmləşdirmək.

 

Azərbaycanlı gənclərin qazandığı bilik, təcrübə və fikirləri digər ölkələrin gəncləri ilə də paylaşaraq, pozitiv rol almağı səciyyələndirmək.

 

Azərbaycanlı gənclərin sosial həyatını zənginləştirmək üçün layihələr qəbul etmək və həyata keçirmək.

 

Qarşıya qoyulan məqsədlər naminə ölçülə bilən nəticələr əldə etmək.

 

FƏALİYYƏTLƏRİMİZ

 

Təcrübə proqramları, elmi seminarlar, mədəni-ictimai tədbirlər, təqaüd proqramları, şəxsi inkişaf təlimləri.

 

MƏRAMIMIZ

 

Biz nəticələrimizi necə yüksəldə bilərik? Biz necə daha çox öyrənə bilərik? Ölkəmiz üçün necə faydalı işlər görə bilərik? Məramımız bu sualları doğru cavablandıracaq addımlar atmaqdır.

 

ƏMƏKDAŞLIQ ETDİYİMİZ QURUMLAR

Abdurrahman Nafiz Gürman Mh. General Ali Rıza Gürcan Cd.

No: 27 B Blok Kat: 7 D: 82 34173

Merter, Güngören / İstanbul