Türkiyədə Təhsil

Türkiyədə 26 min xarici tələbə təhsil almaqdadır.

Son 5 ildə Türkiyədəki xarici tələbə sayı 59 faiz artmışdır. En çox xarici tələbələrin oxuduğu universitetlər sırasının başında Anadolu, İstanbul və ODTÜ üniversitetləri gəlir. Türkiyədə ən çox ŞKTR, Azərbaycan, Türkmənistan və Bolqarıstandan olan tələbələr oxuyur.

Türkiyə həm Avropa həm də Asiya qitəsini özündə birləşdirən dünyanın iki ölkəsindən biridir. Bu xususiyyəti onun fərqli mədəniyyətləri və dünya görüşlərini eyni zaman da özündə birləşdirməsini əmələ gətirir. Memarlığından musiqisinə, yeməklərindən ədəbiyyatına qədər bütün mədəniyyət sahələrində, Türkiyənin bu çox əhaliliyi özünü büruzə verir.

Türkiyə bir yandan Avropa birliyinə girməyə çalışarkən bir yandan da qlobal və regional hadisələrdə aktif olaraq iştirak edən ölkədir. Tarixin axışını dəyişdirən hadisələrin mərkəzində yer almış və insanlığın ortaq yaddaşında qalmış mədəniyyətlərə ev sahipliyi etmişdir.

Əvəzsiz təbii gözəlliyə sahib olan Türkiyə, il ərzində dörd mövsümü özündə birləşdirməkdədir. Bunlarla yanaşı, Türkiyə iqtisadi və sosyal qazanclarıyla da son illər bütün dünyada öz adından bəhs etdirməkdədir. Dünyanın 16-cı, Avropanın 6-cı böyük iqtisadiyyatına sahib olan Türkiyə, dünayanın ən tez inkişaf edən bir neçə ölkəsindən birinə çevrilmişdir.

Türkiyə bu təcrübəsini digər ölkələrlə bölüşmək istəyir. 150-dən çox ölkədən tələbə qəbul edən Türkiyə, beynalxalq standartlarda təhsil verən üniversitetlərinin qapısını Türkiyə təqaüdləri ilə bütün dünya tələbələrinə açmaqdadır.

Türkiyə Respublikası təhsil alan xarici tələbələrə təqaüd yardımları etməkdədir. Türkiye Bursları qurumu altında verilən təqaüdlər haqqında ətraflı məlumat aşağıda verilmişdir.

Türkiyə üniversitetlərində, istənilən sahədə böyük təqaüd imkanıyla alınan təhsil, dünya tələbələrinə yeni perspektif qazandırmaqla yanaşı onlara karyeralarında üstünlük verəcək təchizatla təmin etməkdədirlər.

Türkiyə təqaüdləri, ölkədə ali təhsil səviyəsində təhsil alacaq tələbələrə qarşılıqsız verilən təqaüd proqramlarından əmələ gəlir.

Türkiyə təqaüdlərinin məqsədi, Türkiyə ilə digər ölkələr arasındakı münasibətləri inkişaf etdirmək və insan yönlü yaxınlaşma, qlobal məlumat yükünə əlavələr etməkdir.

Türkiyə təqaüdü almağa haqq qazanan tələbələr, Türkiyə üniversitetlərində ,təhsil aldıqaları müddət boyunca təqaüdlə təmin olunurlar.

 

qaüd İmkanları

Türkiyə təqaüdlərinin tələbələrə qazandırdığı imkanlar bunlardır.

Aylıq təqaüd ödəməsi

Təhsil səviyəssinə görə ödənən aylıq miqdar aşağıdakı kimidir

• Ön bakalvr,500 TL (təqribi 300USD)

Bakalavr ,500 TL (təqribi 300USD)

• Magistratura,750TL(təqribi 450USD)

• Dokturantura 1000TL(təqribi 575 USD)

Araştırma ,1000TL(təqribi 575USD)

 

Sığınacaq

Türkiyə təqaüd proqramına daxil olan tələbələr, dövlət yataqxanalarında ödənişsiz qala bilərlər.Bu imkandan faydalanmaq istəməyən tələbələr isə xərclərini özləri qarşılamaq şərti ilə fərqli yaşayış imkanlarından istifadə edə bilərlər.

Üniversitet təhsil haqqı

Türkiyə təqaüd proqramına daxil olan tələbələr, qəbul olduqları üniversitetin təhsil haqqını ödəməzlər.

 

Səhiyyə Xərcləri

Türkiyə təqaüd proqramına daxil olan tələbələr,sağlamlıq zəmanəti altındadırlar.

Türkcə dil təhsili (1il)

Türkcə bilməyən Türkiyə təqaüd proqramına daxil olan tələbələrə 1il Türkcə təhsili verilir.Bu hazırlıq proqramı boyunca da bütün təqaüd proqramlarından yararlana bilirlər.

 

Gəliş-Gediş Nəqliyyat Yardımı

Türkiyə təqaüd proqramına daxil olan tələbələr, Türkiyəyə hər təhsil ili gəldiyi zaman və həmən il təhsilini bitirib geri öz vətənlərinə döndüyü zaman nəqliyyat xərcləri qarşılanır.

 

Ümumi Məlumatlar

Ali Təhsil

Türkiyədə ali təhsilə, bakalvr, magistratura və dokturantura dərəcəsi verən üniversitetlər, fakultələr, yüksəkokullar, inistututlar, konservatuarlar və texnikomlar daxildir. Ümumi sayı 176 olan üniversitetlərdən 103-ü dövlət, 73-ü özəldir. Son illərdəki statistikalar görə tələbə sayısı 3.5 milyon ətrafındadır.

 

Bakalavr Proqramlarına Müraciət

Namizədlərin Türkiyədəki bir üniversitetdə bakalavr təhsili almaq istəmələri halında əlaqədar üniversitetlərə birbaşa müraciət etmələri lazımdır. Türkiyədəki hər üniversitet özünün təyin etdiyi qaydalar əsasında beynalxalq tələbə qəbul etməkdədir və bu qaydaları rəsmi internet səhifələrində yazmaqdadır.

 

Bakalavr Sonrası Proqramlar

Bakalavr sonrası proqramlara magistr, doktor dərəcələri və tibbdə mütəxəsisləşmə proqramı daxildir. Türkiyədə bu proqramlar inistututlar vasitəsi ilə icra olunur.

 

Yuxardakı Proqramlar Üçün İstənilən Sənədlər

Bu proqramlara müraciət edən namizədlərin sənədlərində adətən, bitirdikləri təhsilə aid diplom, təhsil müddətində aldıqları dərslərin adları və qiymət cədvəli, referans və niyyət məktubunun olması vacibdir. Bu sənədlərə əlavə olaraq Türkiyədə keçirilən Lisansüstü Giriş Sınavı ( ALES) nəticəsi istənilməkdədir. İngiliscə təhsil verən üniversitetlər TOEFL, GRE vəya  

GMAT kimi beynalxalq nüfuzu olan imtahan nəticələrinidə istəməkdədirlər. Hər üniversitet və proqramların fərqli qəbul kriteryaları ola bilər. Bu səbəbdən bu proqramlarda təhsil almaq istəyən tələbələr birbaşa üniversitetlərin inistutlarına müraciət etməlidirlər.

Magistr Dərəcəsi Proqramları

Magistr dərəcəsi proqramı dissertasiyalı və dissertasiyasız olmaq üzərə 2 yerə bölünür. Dissertasiyalı magistr dərəcəsi proqramı ən az yeddi dərs, bir seminar və bitirmə işindən əmələ gəlir. Dissertasiyasız magistr dərəcəsi proqramı isə ən az on dərs və yarım il lahiyəsindən əmələ gəlir. Magistr dərəcəsi proqramı təhsil müddəti 2 ildir.

Doktorantra Proqramları

Doktorantra proqramları ən az yeddi dərs, peşakarlıq imtahanı, bitirmə işi təqdimatından və çalışmasından ibarətdir. Doktorantra proqramı dərslərinin bitirmə müddəti ən çox 4 yarımil, proqramı tamamən bitirməsi isə 8 yarımildir. Bu proqrama müraciət edə bilmək üçün magistr dərəcəsi vacib şərtlərdəndir.

 

Sığınacaq

Türkiyədə təhsil alan tələbələr üçün dövlət və özəl yataqxanalar fəaliyyət göstərməkdədir. Bunlara əlavə olaraq bəzi üniversitetlərin şəxsi yataqxanaları da mövcuddur.

Yataqxanalar xaricində, maddi vəziyyətə bağlı olaraq dəbdəbəli rezidanslardan balaca bina evlərinə qədər bir çox seçim vardır. Xarici tələbələr üçün ilk zamanlarda Türk dilinin daha yaxşı öyrənilməsi və ətrafı daha yaxşı tanımağı üçün özlərinə uyğun bir yataqxanada qalmaları məsləhət görülür. Semestr və yay tətiləndə də fəaliyyət göstərən dövlət yataqxanalarının standarlarının son illərdə olduqca yüksəldiyini də vurğulamaq lazımdır. Tələbələrin yataqxanalardan sonra ən çox yaşadıqları məkan kirayəlik evlərdir. Türkiyədə daha çox yayılan kirayə yolları internet üzərindən və makler vasitəsi ilə tapmaqdır. Evinizi istər makler vasitəsi ilə istərsə də birbaşa ev sahibindən kiralaya və ya bəlli yerlərə asılmış elanlardan da ev tapa bilərsiniz. Makler vasitəsi ilə kiralanan evlərdə adətən bir aylıq kirayə pulu makler xərci olaraq ödənilir. Əmanət pulu da təqribən bir-iki ayın kirayə pulu ilə müvafiq məbləğ olur. Bu verilən əmanət pulu evdən çıxarkən evi təmiz şəkildə təhvil verdiyiniz zaman ev sahibi tərəfindən geri qaytarılır.

 

Xarici Tələbələrin Məlumatlandırma Formu

Türkiyədə təhsil alacaq xarici tələbələrin giriş, viza və yaşayış icazəsi proseslərinə aid görəcəkləri prosedur haqqında məlumatlandırma.

 

1. Xaricdə görüləcək işlər (viza əməliyyatı)

Xarici tələbələrin Türkiyənin xarici təmsilçilərinə aşağıdakı sənədlərlə birliktə müraciət edərək təhsil vizası almaları vacibdir.

a. Təhsil alacağı müəssisə tərəfindən göndərilən qəbul məktubu.

b. Mövcud olan və uzun müddətli pasport

c. Türkiyədə təhsil alacağı müddətdə öz həyatını yaşaya biləcəyi maddi imkana malik olduğunu göstərən (bank hesabı,təqaüd sənədi) sənəd.

d. Viza xərci

e. Əlavə istənilən sənədlər.

 

2. Ölkəyə girdikdən sonra yerinə yetirmələri vacib olan əməliyyatlar (yaşayış icazəsi)

Təhsil vizası alan xaricilər Türkiyəyə işlək olan sərhəd qapısından qanuni olaraq girməlidirlər.Girdikdəkləri tarixdən ən gec 30 gün içində aşağıdakı sənədlərlə birliktə təhsil alacaqları müəssisənin qeydiyyatda olduğu Rayon Polis Şöbəsinin Xarici vətəndaşlar bölməsinə müraciət edərək xaricilərə məxsus olan İkamet Tezkeresini (yaşayış icazəsi) almalıdırlar.

a. Təhsil alacağı müəssisədən aldığı qeydiyyat sənədi

b. Mövcud olan və uzun müddətli pasport

c. Xarici səfirlikdən alınan təhsil vizası

d. Türkiyədə təhsil alacağı müddətdə öz həyatını yaşaya biləcəyi maddi imkana malik olduğunu göstərən (bank hesabı,təqaüd sənədi) sənəd.

e. Yaşayış icazəsi sənədi üçün hər il Rəsmi Qazetdə yayınlanan xərcin miqdarı

f. Lazım olduğu halda əlavə sənədlərdə istənilə bilər

 

3. Yaşayış icazəsi aldıqdan sonra görülməsi vacib işlər (xəbərdarlıq əməliyyatları)

a. Təhsil almaq məqsədi ilə yaşayış icazəsi alan xarici tələbələr xaricilərə məxsus olan şəxsiyyət nömrəsini Əhali və Vətandaşlıq əməliyyatı müdürlüyünün nömrə soruşma səhifəsi olan https://tckimlik.nvi.gov.tr/AnonimSorgu.html internet adresindən öyrənə bilərlər.

b. Yaşayış icazəsinin vaxtını uzatmaq istəyən xarici tələbələr sənədin üzərində yazılan vaxtın son tarixindən əvvəl vəya bitdikdən sonra 15gün içində Xarici Vətəndaşlar bölməsinə müraciət edərək vaxtı uzada bilərlər.

c. Məzuniyyət,məktəbdən qeydiyyatının sildirmə,tələbəliklə bağının kəsilməsi ,dəvamsızlıq və s. hallarda meydana gələcək dəyişikliklər üçün 15 gün içində,ünvan dəyişikliyi üçün isə 48saat içində polisə bildirilməlidir.

d. Yaşayış icazəsi sənədində silinti vəya qazıntı aparılmaması və sənədin itməsi halında dərhal Polisə müraciət edərək yenisinin alınması vacibdir.

 

Xarici Tələbələrlə Bağlı Qanun Tənzimləmələri

Türkiyə Respublikası sərhədləri içində təhsil vəya tədris alan xarici tələbələrə aid qanun tənzimləmələri.

5682 nömrəli “Pasport qanunu”

5683 nömrəli “Xaricilərin Türkiyədə Yaşamaq və Səyahəti haqqında qanunu”

5978 nömrəli “Xarici Türklər və qohum birlikləri müdürlüyü Təşkilat və Səlahiyyətləri haqqında qanun”

 

Tələbə Vizası Əməliyyatları

Türkiyədəki hər növ təhsil müəssisəndi təhsil almaq istəyən xaricilər,təsil alacaqları qurumdan gələn dəvət məktubu vəya qəbul sənədi ilə Türkiyənin xarici təmsilçilərinə müraciət edərək tələbə vizasını əldə edə bilərlər.

 

Xarici Tələbələrin Məsuliyyətləri

Türkiyədə təhsil və tədris almaq istəyən xarici tələbələr

Xarici təmsilçiliklərdən tələbə vizası alaraq gəlməli və uzun müddətli pasportla ölkəyə giriş etməlidirlər.

Tələbə vizası ilə ölkəyə daxil olan xarici tələbə en gec 1 ay içində təhsil məqsədli yaşayış icazəsini almaq üçün məsul orqanlara müraciət etməlidirlər.

Təhsil məqsədi ilə yaşayış icazəsi bir il müddətinə və xərcsiz verilir.

Tələbələr hər il qeydiyyatlarını yenilədiklərini göstərən sənədi müvafiq orqanlara təqdim etdikləri halda yaşayış icazələrinin də müddəti uzadılır.

Təhsil müddətində verilən yaşayış icazələrində göstərilən vaxtın bitməsindən etibarən ən çox 15 gün içində Rayon Polis Şöbəsinə müraciət edərək uzadılmalıdır.

Yaşayış icazəsi və pasportun itirilməsi halında əlaqədar orqanlara dərhal müraciət edilərək 15 gün ə rzində yenilənməldir.

Yenilənmədiyi halda, viza və yaşayış icazəsi pozuntusu eliyən xarici tələbələr 492 nömrəli Xərclər Qanununa əsasən pul cəzası ilə cəzalandırılacaqlar.

Bu xaricilər haqqında, pozulan zamanla paralel olaraq 3 ay ilə 7il arasında ölkəyə giriş qadağası ilə də cəzalanırlar.

Təhsil müəssisələrini vəya yaşayış adreslərini dəyişdirənlərin, bu dəyişiklikləri 48 saat içində istər ayrıldıkları istərsə də köçdükləri bölgənin Polis Mərkəzinə bildirməkləri vacibdir.

Hər hansı bir məktəbi qazandığı halda qeydiyyatını etməyən xarici tələbələrin məlumatları məktəb idarəsi tərəfindən polis mərkəzinə bildirilməktədir.

4817 nömrəli "Xaricilərin işləmə icazələri haqqında qanun" u əsasında Türkiyədə təhsil məqsədi ilə yaşama icazəsi alan xarici tələbələrin işləməsi qadağandır.

 

Yaşamaq İcazəsinin Ləğv Oldunduğu Hallar

Tələbələrin məktəbdən atılması, qeydiyyatını dondurması, icazəli sayılması, həbs olunması vəya hökümlü olması hallarında təhsil məqsədli yaşayış icazəsi ləğv edilməktədir.