Viza müraciətlərində diqqət edilən nöqtələr nələrdir?

a. Viza müraciətində ümumi qayda müraciətin şəxsən edilməsidir.

b. Pasportun yararlı halda  olması lazımdır. Köhnəlmiş və yararsız halda olan pasporta viza alsanız belə sərhəd keçid məntəqəsindən qəbul edilməyə bilərsiniz.

c. Pasportunuzun etibarlılıq müddətinin müraciət tarixindən ən az bir il müddətində olmasına diqqət etməlsiniz. Bu məsələni viza tələb edəcəyiniz ölkənin nümayəndəliyində təsdiqləməyiniz daha faydalı olar.

dMüsahibə əsnasında, səlahiyyətlinin suallarına doğru cavablar verməyiniz əhəmiyyətlidir.

e. Müraciətinizi əskiksiz sənədlərlə edin.

fMüraciətinizin rədd edilə biləcəyini əvvəlcədən qəbul edin. Müsahibə əsnasında, səlahiyyətlinin, haqqınızda müsbət təəssürat əldə etməsi, müraciətinizi qəbul edilmə şansını artırır. Müsahibənin məqsədi; səyahət edəcəyiniz ölkənin mövqelərinin bu ölkəyə səyahət edəcək xaricilər üçün təyin şərtlərinə uyğun olub olmadığınızı anlamaqdır.

g. Səfəri reallaşdıra biləcək iqtisadi imkanlara sahib olduğunuzu sənədləşdirməyiniz lazımdır.

Ətraflı məlumat üçün: www.mfa.gov.tr

Türkiyədə təhsil üçün azərbaycanlı tələbələrə hansı imtahanlara tabe tutularlar?

Bakalavr pilləsində təhsil almaq istəyən tələbələr orta məktəbin son sinfində olmaları, ya da məzun vəziyyətdə olmaları lazımdır. Attestatın təsdiqinə dair sənədi almış olan tələbələr universitetlərin təyin şərtlərinə görə qeydiyyatdan keçə bilərlər.
 

Magistr proqramlarına müraciət edən namizədlərin, ALES (Akademik Personal və Magistr Təhsili Giriş İmtahanı) imtahanına girmələri lazımdır. TOEFL imtahanı ilə də bəzi universitetlərə daxil oluna bilər.
 

Ətraflı məlumat üçün Türkiyə Təhsil Nazirliyi və Tələbə Seçmə və Yerləşdirmə İmtahanı web səhifəsini ziyarət edə bilərsiniz. (www.meb.gov.tr  və www.osym.gov.tr)

AzeDer-in Fəaliyyətlərindən necə xəbərdar ola bilərəm?

AzeDer-in bütün fəaliyyəti həm internet saytı, həm də facebook səhifəsindən

(https://www.facebook.com/pages/Azeder/295552197251188?fref=ts) izlənə bilər.

AzeDer nə vaxt qurulub və fəaliyyətə keçib?

AzeDer rəsmi olaraq May 2013 tarixində qurulub, 1 İyul 2013 tarixindən etibarən aktiv fəaliyyətə keçmişdir.

Yaşayış icazəsi (iqamət təzkərəsi) üçün lazımlı sənədlər nələrdir?

Beynəlxalq tələbələr http://e-randevu.iem.gov.tr/yabancilar/  internet ünvanına girərək əvvəlcədən təyin almalı və verilən görüş tarixində İstanbul Polis İdarəsinə (Vatan Cad. Fatih / İstanbul) gedərək əməliyyatları başlatmalıdır.

İqamət icazəsi üçün lazımlı sənədlər aşağıdakı kimidir:

a. İqamət təzkərəsi arayış Forması İnternetdən məlumatlarınızı doldurun və çap edin.

b. 4 ədəd fotoşəkil

c. Pasportun əsli (Müvafiq təhsil müddəti üçün etibarlılığı olan)

d. Pasportun kopyası (Şəkilli səhifə, son girişi göstərən səhifə, etibarlılıq müddətini göstərən səhifə)

e. Universitetdən alınan qeydiyyat / qəbul sənədi / yeni tarixli təhsil aldığını təsdiq edən sənəd

f. Xarici nümayəndəliklərdən alınan təhsil vizası / Araşdırma təqaüdü çərçivəsində tələbələr üçün araşdırma vizası

g. Hər il rəsmi qəzetdə nümayiş olunan iqamət təzkərəsi qiymətli (2013-ci ilin üçün 198 TL nəzərdə tutulub)

h. Daha əvvəldən iqamət təzkərəsi alınmış isə əsli və əməliyyat görmüş bütün səhifələrinin nüsxəsi

Yaşayış icazəsi (iqamət təzkərəsi) nədir? Necə alınır?

Türkiyədə qanuni olaraq iqamət edildiyini göstərən sənəddir. Türkiyədə təhsil alan bütün beynəlxalq tələbələrə bu sənədi almaq məcburidir. İqamət təzkərəsi, təhsil görülən şəhərin Şəhər Polis İdarəsindən və (İlçe) Rayon Polis İdarələrindən təmin edilir. Xarici nümayəndəliklərdən alınan təhsil vizasıyla birlikdə, Türkiyəyə giriş olunan tarixdən etibarən ən gec  1 ay ərzində, təhsil görülən şəhərin Polis İdarəsinə müraciət edilir. İqamət təzkərəsi alınmadığı təqdirdə qanuni cərimələr tətbiq edilir.

Ümumi Sağlamlıq Sığortası nədir?

Xarici tələbələr, Türkiyə vətəndaşları kimi, Türkiyədəki ümumi sağlamlıq xidmətlərindən yararlanmasını təmin edən sığortadır. 

Xaricilərə Şəxsiyyət (Kimlik) nömrəsi verilirmi? Əgər verilirsə hara müraciət etmək lazımdır?

Türkiyədə altı aydan çox yaşayan xarici ölkə vətəndaşlarına şəxsiyyət nömrəsi verilir. Bunun üçün yaşadığınız Şəhər Polis İdarəsi Xaricilər şöbəsinə müraciət etmək lazımdır.

Viza alarkən hansı sənədlər tələb olunur?

Viza müraciətində istənilən sənədlər ölkədən ölkəyə, səyahət məqsədinə və ya ərizəçinin pasportunun növünə (diplomatik, xidmət, xüsusi, ümumi pasport və ya səyahət sənədi) və hətta bəzən dəyişikliklər göstərə bilər. Müvafiq orqandan məlumat alınmalıdır. Türk Xarici nümayəndəliklərindən təhsil vizası almaq üçün Türkiyədə hər hansı bir təhsil qurumundan dəvət məktubu almağınız lazımdır.

a. Viza forması

b. Dəvət məktubu

c. 1 ədəd foto

d. Pasportun əsli

e. Viza xərci

Təhsil vizası nədir?

Təhsil almaq üçün Türkiyəyə gələn xarici tələbələrə Türkiyə Xarici təmsilçilikləri tərəfindən verilən giriş vizasıdır. Xarici tələbələr Türkiyəyə gəlmədən əvvəl, TC Səfirliklərinə / konsolluqlarına müraciət edərək bu vizanı almaq məcburiyyətindədir.

Azərbaycan vətəndaşları vizasız Türkiyədə neçə gün qala bilərlər?

Ümumi pasport ilə 30 gün müddətində Türkiyədə qalmaq mümkündür. Turist vizası ilə bu 90 günə çıxarıla bilər.

Ayrıca Türkiyədə son 180 gün içərisində cəmi qalma müddətinin 90 günü keçməməsi qaydası Türkiyəyə səyahət edəcək bütün xarici ölkə vətəndaşları üçün etibarlıdır.

Türkiyədə hansı qurumdan viza alına bilər?

Vizaları, səyahət ediləcək ölkənin Səfirliyinin Konsulluq Hissəsindən; Baş konsulluğundan və ya Konsulluğundan almaq olar.

Xarici tələbələrin Universitetlərə qəbulu necə baş verir?

Hər universitet müraciət və qəbul şərtlərini özü müəyyən edir və müraciətləri qiymətləndirərək uyğun gördüyü tələbələri qəbul edir. Universitetlər tələbənin orta və ya ali təhsilini araşdırıb 

qiymətlərini nəzərə alır. Bu səbəblə, bakalavr təhsili almaq istəyənlər attestatı da universitetin tələb etdiyi digər sənədlərlə birlikdə təqdim etməlidir. Bəzi universitetlər isə müraciət edilən ixtisasa görə müəyyən dərslərin müvəffəqiyyət ilə tamamlanmış olmasını tələb edir.

Universitetə ​​qeyd üçün aşağıdakı sənədlər lazımdır:

a. Attestat və ya müvəqqəti məzuniyyət sənədinin əsli ilə notarius ya da Türk Xarici nümayəndəliklərinin təsdiqi ilə Türk dilində tərcüməsi

b. Attestatın Türkiyə Təhsil Nazirliyi Şəhər Milli Təhsil Müdürlükləri ya da Türk Xarici nümayəndəliklərindən alınmış təsdiqinin əsli,

Əgər ölkənizdə attestat təsdiq əməliyyatlarını etmədinizsə, olduğunuz şəhərdəki Milli Təhsil Müdürlüklərinə müraciət edin. Attestat təsdiqi (iş sıxlığına görə) 2 iş günü içərisində sizlərə təslim ediləcək.

Ətraflı məlumat üçün müraciət etmək istədiyiniz universitetlərlə əlaqəyə keçmək lazımdır.

c. Namizədin orta məktəbdə aldığı dərsləri, qeydlərini və ümumi qiymət ortalamasını göstərən, məktəb müdirliyi tərəfindən təsdiqlənmiş rəsmi qiymət sənədi (transcript) ilə Türkcə tərcüməsinin notarius ya da Türk Xarici nümayəndəliklərində təsdiqi,

d. Təhsil Vizası olan Pasportun kimlik məlumatları və etibarlılıq müddətini göstərən səhifələrinin və Türkcə tərcüməsinin notarius ya da Türk Xarici nümayəndəliklərində təsdiq nümunəsi,

e. Varsa, beynəlxalq etibarlılığı olan Xarici Dil sənədi və Türkcə kafilik sənədinin notarius ya da Türk Xarici nümayəndəliklərində təsdiq nümunəsi,

f. İqamətgah sənədi

Universitet qeydiyyatı olmayan tələbə rəsmi orqanlardan iqamət icazəsi və dolayısilə iqamət sənədi ala bilməyəcəyindən iqamət sənədi qeydiyyat tarixindən etibarən bir ay içində əlaqədar orqanlara təslim edilməlidir.

g. Səkkiz ədəd 4,5 × 6,0 sm ölçüsündə fotoşəkil

Son altı ay ərzində, ön cəbhədən, namizədi asanlıqla tanıda bilən şəkildə çəkilmiş olmalıdır.