Eskişehir və Muğlada Xocalı soyqırımı anıldı

INDEX-Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin dəstəyi, Eskişehirdə fəaliyyət göstərən EsAzDer in ( Eskişehir Azərbaycanlılar Dərnəyi ) və Muğla Sıtkı Koçman Universitetində təhsil alan Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə bu şəhərlərdə Xocalı Soyqırımını anmaq məqsədi ilə tədbirlər həyata keçirilmişdir.Tədbirlərdən öncə Xocalı Soyqrımında vəhşicəsinə qətl edilmiş soydaşlarımızın şəkillərindən ibarət sərgi təşkil olunmuşdur.Həmçini gələn qonaqlara üzərində Xocalı Soyqırımına aid tarixi məlumatları əks etdirən broşürlər dağıdılmışdı.
Tədbirlər Xocalı şəhidlərini 1 dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi .Konfranslarda çıxış edənlər iştirakçıları Qarabağ hadisələri və Xocalı soyqırımının tarixi haqqında məlumatlandırdı.Tədbirlərə universitetlərin idarə və müəllimlər heyyəti ilə birliktə Əfqanıstanlı, Türkmən,türk və digər xalqlara məxsus vətandaşlarından ibarət olan tələbələr də konfransa maraq göstərmişdir.