UNIDO-da Yeni Təcrübə Proqramı

Azerbaycan Eğitim, Kültür ve Yardımlaşma Dərnəyi (AzeDer) BMT-nin ixtisaslaşmış agentliklərindən biri olanUNIDO-da (United Nations Industrial Development Organization – Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişaf Agentliyi) 1 Oktyabr 2013 – 20 Dekabr 2013 tarixləri arasında təcrübə proqramına start vermişdir. Müraciət üçün son tarix isə 10 Sentyabr olaraq müəyyən edilmişdir.
1966-cı ildə qurulan və mərkəzi Vyanada yerləşən UNIDOsənayenin inkişafı və modernizasiyası üçün bəlli layihələrə maliyyənin tapılması, yeni investisiyalar, mövcud təsislərin idarə edilməsi, bəşəri resursların inkişafı, texnologiya transferi və elmi kadrların yetiştirilməsi kimi məsələləri əhatə edir inkişaf etməkdə olan ölkələrin problemlərini beynəlxalq səviyyədə həll etməyi qarşısına məqsəd qoyur.
Təcrübə üçün müxtəlif şöbələrdə vakansiyalar ayrılmışdır ki, bu da namizədlər tərəfindən seçiləcəkdir.
– İdarəçilik (Administration)
– Kənd təsərrüfatı (Agriculture)
– Biznes, İnvestisiya və Texnologiya (Business, İnvestment and Technology)
– Konfrans Servisləri (Conference Services)
– Enerji, Ətraf mühit və İqlim Dəyişikliyi (Energy, Environment and Climate Change)
– Gender Bərabərliyi (Gender Mainstreaming)
– Hüquqi İşlər (Legal Affairs)
– Təşkilati Dəyişiklik İdarəçiliyi (Organizational Change Management)
– Proqram, Layihə Menecmenti və Dəyərləndirilməsi (Programme and Project Management and Evaluation)
– Araşdırma və Statistika (Research and Statistics)
– Ticarət Tutumunun Gücləndirilməsi (Trade Capacity Building)
Təcrübə proqramında iştirak üçün namizədlərdən aşağıdakı tələblərə cavab vermələri istənilməkdədir:
1. Azərbaycan vətəndaşı olmaq.
2. Bakalavr və ya magistr təhsilini xaricdə başa vurmuş, o cümlədən hal-hazırda təhsil almaqda olan gənclər.
3. İngilis, alman və ya fransız dillərindən ən azı birini sərbəst bilmək (şifahi və yazılı).

Təcrübə proqramında iştirak etmək istəyənlərdən ingilis dilində hazırlanmış CV və “Cover Letter”-i 10.09.2013 tarixinə qədər info@azeder.org, ünvanlarına göndərmələri tələb olunmaqdadır.
Təcrübəyə qəbul olunmuş gənclər Avstriya Respublikasının Vyana şəhərində yaşayış yeri və digər yaşayış xərcləri ilə təmin olunurlar.
Layihə AZEDER-in Avropadakı tərəfdaş təşkilatı olan AYAPE-nin təşkilati dəstəyi və “Partner” Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir