ABŞ Kongresində Təcrübə Proqramı

AzeDer bu ilin Avqust ayından etibarən “ABŞ KongresindəTəcrübə Proqramı” adlı yeni layihəsinə start verdi. Layihə çərçivəsində Türkiyədə təhsilini tamamlamış olan və ya hal-hazırda təhsil almaqda olan gənclər ABŞ Kongresi üzvlərinin yanında təcrübə keçmək şansına sahib olacaqdır. Layihəyə müraciətlər 16 Avqust tarixində tamamlanaraq namizədlər Kongres üzvlərinə təqdim olunacaqdir. İştirak haqqı qazanan gənclərimiz Oktyabr-Dekabr ayları arasında 3 ay müddətində təcrübə proqramında iştirak edəcəklər. Qeyd edək ki, iştirakçıların yaşayış yeri və xərcləri AzeDer tərəfindən təmin olunmaqdadır.