Anadolu Universitetinde Heydər Əliyev Mərkəzi

“Heydər Əliyev Məlumat Araşdırma Mərkəzi Açılış Tədbiri” başda olmaq üzrə Azərbaycan ilə olan fəaliyyətlər çərçivəsində Anadolu Universitetinə Azərbaycandan gələn heyət, Anadolu Universiteti və Osmangazi Universitetində təhsil alan Azərbaycanlı tələbələrlə 6 May Bazar ertəsi günü Qırmızı Salonda görüşdü. Heyət, tələbələrin problemlərini dinləmiş və suallarını cavablamışdır.
Azərbaycan Respublikası Səfirliyi Təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr arasında sosial və mədəni qaynaşmanı artırmaq məqsədiylə bir dərnək qurulacağını da ifadə etdi. Heyətə təşəkkürlərini bildirən Nəsibova, tələbələrə müraciət edərək: “Özünüzü rəqabət şərtlərinə hazırlayın, hər mənada yaxşı yetişdirin. Biz hər zaman sizin yanınızdayıq.” dedi.
Azərbaycan millət vəkili və Azərbaycan Medikal Universiteti Rektoru Prof. Əmiraslanov Ahliman Tapdıq oğlu: “Azərbaycanı başqa bir ölkədə təmsil etmək böyük bir üstünlük və fəaliyyətdir. Azərbaycanın gələcəyi siz gənclərlə bağlıdir.” deyə danışdı. Dəyişmə proqramlarının məqsədinin, Azərbaycanın gələcəyinə təsir edəcək insanları yetişdirmək olduğunu ifadə edən Tapdıqoğlu: “Türkiyənin bir çox universitetində tələbələrimiz var və bu bizim üçün çox önəmlidir. Bu universitetlərdə tələbələrimizin müvəffəqiyyətli olmaları bizi qürurlandırır. Bizim ölkəmiz, sizin hər birinizi gözləyir, qayıtdıqdan sonra da müvəffəqiyyətli olacağınızı düşünürəm. “şəklində sözlərini tamamladı.
Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nümayəndəsi Dr. Damət Bağırov, toplantida iştirak edən Azerbaycanlı tələbələrə xitabən bunları söylədi: “Azərbaycan hökuməti sizə əhəmiyyət verir. Əhəmiyyətli olan burada atdığınız və atdığımız addımlar. Sizin atdığınız hər addım da Azərbaycanın gələcəyi üçün atılmış olur. Arzumuz, ölkəyə qayıtdığınız zaman gözəl şeylər etməniz.”
Prof. Dr. Hikram Abdullayev, başqa bir ölkədə şagird olmağın çətinliklərini anladığını söylədi və sözlərinin davamında: “Biz də gənckən bir çox problemlərlə qarşılaşdıq. Sizlərin də qayğılarını anlayıram. Hal-hazırda çox ciddi bir rəqabət mühiti var. Yalnız diplomla iş bitmir. Özünüzü yaxşı yetişdirməli və rəqabətə özünüzü indidən hazırlamalısınız .”dedi
Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi (AZEDER) sədri Rəşad Abdullayev, dərnəyi tələbələrin ictimai fəaliyyətlərə qatılmasını təmin etmək, Azərbaycanı Türkiyədə tanıtmaq, Türkiyəyə yeni gələn tələbələrə köməkçi olmaq və AzeDer`i tələbələri birləşdirmək məqsədiylə qurduqlarını söylədi.