Avropa Parlamentində Təcrübə Proqramı

AzeDer bu ilin İyun ayından etibarən “Avropa Parlamenti Təcrübə Proqramı” adlı yeni layihəsinə start verdi. Layihə çərçivəsində Türkiyədə təhsilini tamamlamış olan və ya hal-hazırda təhsil almaqda olan gənclər Avropa Parlamenti vəkillərinin yanında təcrübə keçmək şansına sahib olacaqdır. Layihəyə müraciətlər 22 İyun tarixində tamamlanaraq namizədlər Avropa Parlamenti vəkillərinə təqdim olunmuşdur. İştirak haqqı qazanan gənclərimiz Oktyabr-Dekabr ayları arasında 3 ay müddətində təcrübə proqramında iştirak edəcəklər. Vurgulayaq ki, iştirakçıların bütün maddi xərcləri Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondu tərəfindən qarşılanır. Layihə AYAPE ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.