Azərbaycanlı Tələbələrin Məzuniyyət Tədbirində

13 iyun tarixində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, ARDNŞ, Palmali Şirkətlər Qrupu və AzeDer-in dəstəyi ilə Türkiyənin ali təhsil ocaqlarında təhsilini 2013-cü ildə müvəffəqiyyətlə başa vurmuş 400-ə yaxın tələbələrimiz üçün geniştərkibli məzuniyyət tədbiri təşkil etmişdir.
Tədbir zamanı, YÖK-ün Sədri Gökhan Çetinsaya, TİKA-nın Sədri Serdar Çam, AzeDer-in Sədri Rəşad Abdullayev, TÜRKSOY-un Baş Katibinin müavini Fırat Purtaş, SOCAR Türkiyənin Sədr müavini Samir Kərimli, TR Təhsil Nazirinin müavini Zübeyir Yılmaz, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin Sədr müavini Mesut Kurnaz, Səfirliyimizin Təhsil Müşaviri Nəcibə Nəsibova, Ankaranın Etimesqut rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, millət vəkili Sinan Oğan, Giresun Universitetinin Rektoru həmvətənimiz Aygün Attar və Səfirliyimizin müşaviri Dursun Həsənov çıxış edərək, tədbirin əhəmiyyəti, iki qardaş ölkə əlaqələrində gənclərin və xüsusilə də iki ölkədə təhsil almış savadlı kadrların önəmindən geniş və əsaslı bir şəkildə bəhs etmişlər.