AZEDER İdarə Heyyəti EsAzDer-lə Görüş Keçirmişdir

AzeDer İdarə Heyyəti Sədri Rəşad Abdullayev və sədr müavini Abbas Məmmədov 11 May tarixində Eskişehirdə yaşayan azərbaycanlıların təşkilatı EsAzDer-lə görüş keçirmişdir. Görüş zamanı hər iki təşkilatın fəaliyyəti müzakirə edilərək gələcək layihələrdə əməkdaşlıq haqqında danışılmışdır. Görüş zamanı Eskişehirdə təhsil alan tələbələrlə də görüşülərək onların qarşılaşdıqları problemlər haqqında danışılmış və AzeDer-in tələbələrə xidmət üçün hazırladığı layihələr haqqında müzakirə aparılmışdır. Bütün tələbələrin marağına sahib olan gələcək layihələr hər kəs tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.