AzeDer Rəsmiləri Azərbaycanlı Tələbə Heyəti İlə Görüşdü

Azərbaycanın ən əhəmiyyətli universitetlərindən biri olan AzMİU-nun müəllim və tələbələrdən ibarət heyəti AzeDer ofisini ziyarət etmişdir. İstanbula, Böyükşəhər Bələdiyyəsi ilə birlikdə icra edilən staj proqramında iştirak etmək üçün gələn heyət eyni zamanda Türkiyədəki təhsil sistemi ilə maraqlanıb imkanlar haqqında araşdırma aparmaqdadır. Azərbaycanlı tələbələri özündə birləşdirən, onlara xidmət etməyi qarşısına məqsəd qoyan AzeDer-in rəsmiləri də bu mövzularda heyət üzvlərinə məlumat vermiş, qarşılıqlı fikir mübadiləsi aparmışdır. Gələcəkdə bu kimi staj proqramlarında daha çox iştirak və fərqli layihələr tətbiq etmək üçün birlikdə fəaliyyət göstərməyin əhəmiyyətli olduğu vurğulanmışdır.