AzeDer və ICIST arasında əməkdaşlıq

AzeDer nümayəndələri İstanbul Böyükşəhər Bələdiyyəsi Beynəlxalq Tələbə Mərkəzi (ICIST) işçiləri ilə görüşmüşdür. Görüşdə ICIST ilə AzeDer arasında əməkdaşlıq çərçivəsində mümkün fəaliyyətlər müzakirə edilmişdir.
Mərkəzin Layihə koordinatoru Mustafa Ermiş İstanbul Böyükşəhər Bələdiyyəsinin xarici tələbələr üçün təqdim etdiyi imkanlardan bəhs etmiş, bu imkanlardan AzeDer vasitəsilə Azərbaycanlı tələbələrin də istifadə edə biləcəyini vurğulamışdır. AzeDer Baş Katibi Atəş Nəbiyev də AzeDer-in fəaliyyəti haqqında məlumat vermiş, Türkiyədəki Azərbaycanlı tələbələrin perspektivi haqqında danışmışdır. İstanbul Böyük Şəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilən təcrübə və təlim proqramlarında azərbaycanlı gənclərin də aktiv iştirak edə bilməsi üçün yeni təhsil ilində birlikdə layihələrin hazırlanmasına qərar verilmişdir.
Görüşdə eyni zamanda AzeDer İctimaiyyətlə Əlaqələr Koordinatoru Büke Asfuroğlu, ICIST tərəfindən isə Xarici Tələbə Koordinatorları Fatih Demircan da iştirak etmişdir.