Balıkesir Universitetində Təhsil Alan Tələbələrimizlə Görüş

17.12.2017 tarixində INDEX- Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin sədr müavini Əli Məmmədov və Layihə Koordinatoru Könül Məmmədova Balıkesir Universitetində təhsil alan tələbələrimizlə görüşmək məqsədi ilə Balıkesirə səfər etmişdir.

Keçirilən görüşdə tələbələrə INDEX-in fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, tələbələr üçün yaradılmış imkanlardan bəhs edilmiş və INDEX-in hər zaman tələbələrə dəstək olacağı vurğulanmışdır.

Görüşdə həmçinin tələbələrin Türkiyədə təhsil aldıqları müddətdə qarşılaşdıqları problemlər, gələcək layihələr ilə bağlı müzakirələr aparılmış və təkliflər nəzərə alınmışdır.