Bölgələrə Səfər: Bursa

INDEX- Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin sədr müavini Əli Məmmədov və Layihə Koordinatoru Könül Məmmədova Uludağ Universitetində təhsil alan tələbələrimizlə görüşmək məqsədi ilə Bursaya səfər etmişdir.

Görüş zamanı tələbələrə INDEX haqqında məlumat verilərək, bu zamana qədər görülən işlər haqqında bəhs edilmişdir.
Daha sonra tələbələrin Türkiyədə təhsil aldıqları müddətdə qarşılaşdıqları problemlər, gələcək layihələr ilə bağlı müzakirələr aparılmışdır. Sonda isə tələbələrin suallarını cavablandıran Əli Məmmədov INDEX-in hər zaman tələbələrə dəstək olacağını vurğulamışdır.