Bölgələrə Səfər: Çanakkale

INDEX- Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin sədr müavini Əli Məmmədov və Layihə Koordinatoru Könül Məmmədova bölgələrə səfər çərçivəsində Çanakkaleyə səfər etmişlər. Çanakkaledə təhsil alan tələbələrimizlə keçirilən görüşdə INDEX-in fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, tələbələr üçün yaradılmış imkanlardan bəhs edilmiş və INDEX-in hər zaman tələbələrə dəstək olacağı vurğulanmışdır.

Görüşdə həmçinin tələbələrin Türkiyədə təhsil aldıqları müddətdə qarşılaşdıqları problemlər, gələcək layihələr ilə bağlı müzakirələr aparılmış və təkliflər nəzərə alınmışdır.