Bölgələrə Səfər: Manisa və İzmir

INDEX- Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin sədr müavini Əli Məmmədov və Layihə Koordinatoru Könül Məmmədova bölgələrə səfər çərçivəsində Manisa və İzmirdə görüşlər keçirmişlər.İlk öncə Manisada təhsil alan tələbələrlə görüşərək INDEX-in fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, tələbələr üçün yaradılmış imkanlardan bəhs edilmişdir.

Daha sonra İzmirə səfər edərək orada fəaliyyət göstərən AKİDERin (Azerbaycan Kardeşlik ve İşbirliği Derneği) qonağı olmuş, dərnəyin sədr müavini Cavid Alıyev və dərnəyin digər üzvləri ilə bir araya gələrək müxtəlif mövzularda fikir mübadiləsi aparmış, tərəflər arasında əməkdaşlıq və tələbələrimiz ilə bağlı gələcək layihələr müzakirə olunmuşdur.