Böyük Türk Atatürk və Azərbaycan

10 noyabr tarixində INDEX- Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Ulu Öndər Atatürkün vəfatının 79. ildönümü səbəbiylə Anadolu Uninversitetində “Böyük Türk Atatürk və Azərbaycan” mövzusunda konfrans təşkil edilmişdir.
Konfrans başda Ulu Öndər Atatürk olmaqla Türk Dünyası böyükləri və şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut, Türkiyə Respublikası İstiqlal Marşı və Azərbaycan Dövlət Himni oxunaraq başlanmışdır.
Konfransın xüsusi dəvətlisi olan Prof. Dr. İbrahim Ethem Atnur çıxış edərək, Atatürk və Azərbaycan haqqında önəmli məlumatlar vermişdir. Öz çıxışında, Azərbaycanın Sovet işğalı dönəmlərində olan anlaşmalarında Türkiyə Cumhuriyyəti və Atatürkün rolundan, xüsusi ilə Naxçıvanın Ermənistana verilməsi məsləsində sərt mövqe tutduğunu, Milli Mücadələ dönəmində Azərbaycandan gələn Qardaş Köməyini yüksək qiymətləndirildiyini, Atatürkün Türk Dünyası arasındakı birliyi təmin etmək üçün zəruri işlərin görüldüyünü özəlliklə vurğulamışdır. Həmçinin Azərbaycan nümayəndəliyinin açılışı zamanı “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarını söyləyərək tarixi bağlılığın əhəmiyyətini göstərmişdir.
Daha sonra Prof. Dr. İbrahim Ethem Atnur gənclərin suallarını cavablandırmışdır.
Tədbirin sonunda çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyi Sədri Cavid Aydın Atatürkün qurmuş olduğu Türkiyə Cumhuriyyətinin başda Azərbaycan olmaqla, digər Sovet əsarəti altında yaşayan türk dövlətlərinə nümunə olduğunu vurğulamışdır.