Hərbi Aviasiya Məktəbinin Qərargahında Görüş

İstanbulda yerləşən Hava Harp Okulunda 52 ölkənin iştirakı ilə keçirilən “Ölkə Təqdimat Günündə” kursantlarımıza dəstək məqsədi ilə AzeDer sədri Rəşad Abdullayev və AzeDer üzvləri də iştirak etmişdir. Hava Harp Okulunda təhsil alan xarici tələbələrin 1-ci tədbiri olaraq həyata keçirilən fəaliyyətdə kursantlarımız yüksək aktivlik göstərərək gələn qonaqlara həm milli folklorumuzdan həm də milli təamlarımızdan nümunələr təqdim etmişdir.
Ölkə standlarını gəzən Hava Təhsil Komandiri General Akın Öztürk Azərbaycan standını da ziyarət edərək məmnunluğunu dilə gətirmişdir.
Tədbirin sonunda Mehtər Bölüyünün yürüyüşü gələn qonaqlara nümayiş etdirilmişdir.