Heydər Əliyevin anadan olmasının 90 illiyi

10 May tarixində İstanbul Kireçburnunda yerləşən Heydər Əliyev parkında Azərbaycan Respublikasının İstanbuldakı Başkonsulluğu tərəfindən Heydər Əliyevin doğumunun 90 illiyi qeyd edilmişdir. Tədbir zamanı Azərbaycan və Türkiyə tərəfindən rəsmilər və eyni zamanda tələbə, gənclər də iştirak etmişdir. Tədbir zamanı AzeDer sədri Rəşad Abdullayev də çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkşafına verdiyi tövhələri qeyd edərək gənclər adından minnətdarlığını dilə gətirmiş və onu dərin hörmətlə andıqlarını bildirmişdir. Rəşad Abdullayev çıxışında qeyd etmişdir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin nəticəsində bugün dünyanın onlarla ölkəsində azərbaycanlı gənclər təhsil alaraq, Azərbaycanı təmsil edərək ölkəmizin inkşafına öz tövhələrini verə bilməkdədirlər.