İstanbul Aydın Universiteti İlə Görüş

AzeDer Baş Koordinatoru Elçin Əliyev və Tələbə Koordinatoru Əli Məmmədov İstanbul Aydın Universitetində Beynəlxalq Tələbə koordinatoru Selman Arslanbaş ilə görüşmüşdür. Türkiyədə xarici tələbələrin seçdiyi ilk 4 universitet arasında olan İstanbul Aydın Universitetində 250-yə yaxın azərbaycanlı tələbə təhsil almaqdadır.
Selman Arslanbaş, universitetlərində təhsil alan xarici tələbələri sonuna qədər dəstəklədiklərini, hər cür imkanı təmin etməyə çalışdıqlarını, AzeDer üzvlərinin də universitet imkanlarından faydalana biləcəklərini vurğulamışdır. Konfrans salonlarının istifadəsi, xüsusi günlərdə təqdimat imkanlarının yaradılması və tələbələrin stajı mövzusunda da AzeDer ilə birgə işlər görəcəklərini ifadə etmişdir.