İstanbul Aydın Universiteti Tələbələrimizə Konfrans

INDEX- Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin Baş Katibi Elçin Əliyev və İstanbul Koordinatoru Xalid Quliyev İstanbul Aydın Universitetini ziyarət edərək, orada təhsil alan tələbələrimizlə konfrans təşkil edilmişdir.Konfransda tələbələrimizlə birgə İstanbul Aydın Universitetində çalışan müəllimlərimiz də iştirak etmişlər.Konfransın iştirakçılarına INDEX-in fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, tələbələr üçün yaradılmış imkanlardan bəhs edilmiş və INDEX-in hər zaman tələbələrə dəstək olacağı vurğulanmışdır.