İstanbul Baş Konsulumuz ilə görüşülmüşdür

AZEDER idarə heyyəti sədri Rəşad Abdullayev və idarə heyyəti üzvü Abbas Məmmədov Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Başkonsulu fövqəladə və səlahiyyətli səfir cənab Həsən Zeynalovla görüşmüşdür. Görüşdə AzeDer sədri Rəşad Abdullayev yeni qurulan təşkilatın fəaliyyət missiyasından bəhs edərək cənab başkonsula bu haqda məlumat vermiş və gələcək planlar haqqında fikir mübadiləsi keçirilmişdir.
Cənab Başkonsul isə öz növbəsində bu təşəbbüsü yüksək qiymətləndirmiş və nəzərdə tutulan planlar haqqında öz tövsiyyələrini vermişdir. Eyni zamanda cənab Həsən Zeynalov aparılan işlərin daha da səmərəli olması üçün AzeDer-ə dəstək veriləcəyini də qeyd etmişdir.
Görüş qarşılıqlı maraq doğuran fikirlər ətrafında müzakirələrlə davam etmişdir.