İstanbul Gənclər və İdman İdarəsi Komplekslərini AzeDer-ə açdı

AzeDer nümayəndələri 27 avqust 2013 tarixində Gənclik və İdman Nazirliyi İstanbul Şöbə müdiri Cənab Taner Özgüven ilə görüşmüşdür. AzeDer Baş Katibi Atəş Nəbiyev və Xarici Əlaqələr Koordinatoru Səidə Zahidovanı çox isti qarşılayan Özgüven, gələcəkdə həyata keçiriləcək ortaq layihələrdə Azərbaycan vətəndaşlarını da görməkdən məmnunluq duyacaqlarını ifadə etmişdir.
Görüşdə cənab Özgüvən Azərbaycan-Türkiyə dostluğunun əhəmiyyətini vurğulamış və AzeDer-in hazırlayacağı idman sahəsindəki layihələri dəstəkləyəcəyini bildirmişdir. Bu mənada Müdirliyə aid olan İstanbulun bütün rayonlarındakı açıq və qapalı idman komplekslərindən dərnək və üzvlərinin pulsuz istifadəsi üçün razılaşma əldə edilmişdir. Bunun üçün üzvlərimizin yalnız dərnəyimizə müraciət etməsi kifayətdir.
Eyni zamanda AzeDer nümayəndələri də, dərnəyin quruluş məqsədi və fəaliyyət planları haqqında məlumat vermiş, gələcək layihələrdə birlikdə çalışmaqdan məmnunluq duyacaqlarını ifadə etmişlər. Görüş qarşılıqlı söhbət və xatirə fotoşəkilinin çəkilməsiylə davam etmişdir.