İstanbul Təhsil Müdürü ilə Görüşülmüşdür

AzeDer sədri Rəşad Abdullayev İstanbul Milli Təhsil Nümayəndəliyinin (İstanbul İl Milli Eğitim Müdürlüğü) sədri Dr.Muammer Yıldızla görüş keçirmişdir. Görüş əsnasında AzeDer haqqında məlumat verən Rəşad Abdullayev gələcək fəaliyyətlərində İMTN ilə əməkdaşlıq barədə təkliflərini dilə gətirmişdir. İMTN sədri Dr.Muammer Yıldız da öz növbəsində belə bir təşkilatın yaradılmasına çoxdan olan ehtiyacdan danışmış və AzeDer ilə əməkdaşlığa, dəstək verməyə hazır olduqlarını dilə gətirmişdir. Azərbaycanlı tələbələrin istər təhsil barədə problemlərinin həll olunması istərsə də sosial həyatlarını zənginləştirilməsi barəsində dəstək verəcəklərini bildirmişdir. İstanbulun 39 bölgəsində yerləşən Xalq Mədəniyyət Mərkəzlərinin qapılarının AzeDer-ə açıq olduğunu bildirərək hər zaman bundan faydalana biləcəklərini diqqətə çatdırmışdır.