Malatya şəhərində 20 Yanvar Şəhidləri yad edildi

INDEX-İnsan Kapitalı İnkişafı Mərkəzinin dəstəyi və Malatyada təhsil alan Azərbaycanlı tələbələrinin təşkilatçılığı ilə 20 Yanvar Şəhidlərini Anmaq üçün Malatya İnönü Universitetində Sərgi təşkil olunmuşdur. Sərgiyə Türk və Azərbaycanlı tələbələrlə birlikdə Malatyada təhsil alan xarici tələbələr də maraq göstərmişdir. Eyni zamanda Universitetin müəllim heyyəti də sərgidə iştirak etmişdir. Sərgiyə qatılanlara 20 Yanvar hadisələri haqqında məlumat verilmişdir.