Malatya şəhərində Xocalı konfransı

INDEX-İnsan Kapitalı İnkişafı Mərkəzinin dəstəyi və Malatya İnönü Universitetində təhsil alan Azərbaycanlı tələbələrin təşkilatçılığında Xocalı Soyqırımı ilə bağlı konfrans həyata keçirildi. Konfrans zalının girişində Xocalı Soyqrımında vəhşicəsinə qətl edilmiş soydaşlarımızın şəkillərindən ibarət sərgi təşkil olundu.Tədbir zamanı iştirakçılara üzərində Xocalı Soyqrımına aid tarixi məlumatları əks etdirən broşürlər dağıdıldı.
Konfrans Xocalı şəhidlərini 1 dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edildi .Əvvəlcə Azərbaycanlı tələbələr Xocalı şeirini səsləndirdikdən və Xocalı tanıtım filmi təqdim olunduqdan sonra İnönü Üniversiteti tarix Professoru Salim Çöhçe çıxış etmişdir.Tədbirə universitetin idarə və müəllim heyyəti ilə birliktə Əfqanıstanlı, Türkmən,türk və digər xalqlara məxsus vətandaşlarından ibarət olan tələbələr də qatılıb.