Qafqaz Universitetinin Heyyəti İlə Görüş

AzeDer nümayəndələri təşkilatın ofisində Qafqaz Universitetindən təşrif buyurmuş müəllim və tələbə heyyəti ilə görüşmüşdür. Görüş zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yaşayış şərtləri, qarşılaşdığı problemlər və AzeDer-in bu məcrada göstərdiyi fəaliyyətlərdən bəhs edilmişdir. Eyni zamanda, AzeDer-in gələcək layihələri haqqında da qonaqlara məlumat verilmişdir.
Görüş zamanı hər il Qafqaz Universitetindən Türkiyəyə təcrübə proqramı keçməyə gələn tələbələrin yaşayış yeri ilə təmin olunması və qarşılaşdığı problemlərin həlli istiqamətində də AzeDer-in dəstək göstərəcəyi bildirilmişdir. Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov da belə bir təşkilata Türkiyədə çoxdan ehtiyac yarandığını və təşkilatın gələcək fəaliyyəti üçün lazımi dəstəyin verilməsinə hazır olduqlarını dilə gətirmişdir. Görüş AzeDer və Qafqaz Universiteti arasında həyata keçirilməsi mümkün olan layihələr haqqında fikir alış-verişi ilə davam etmişdir.