Səfirimiz AzeDer Sədrini Qəbul Etmişdir

Azərbaycan Respublikasının Türkiyədəki Fövqaladə və Səlahiyyətli Səfiri Cənab Faiq Bağırov AzeDer sədri Rəşad Abdullayevi qəbul etmişdir. Görüş zamanı Rəşad Abdullayev AzeDer-in fəaliyyəti haqqında məlumat verərək gələcək planlardan bəhs edib. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün nəzərdə tutulan layihələr Cənab Faiq Bağırov tərəfindən maraqla qarşılanmış və dəstəklənmişdir. Səfirimiz isə öz növbəsində Türkiyədə bütün azərbaycanlı tələbələrə xitab edə biləcək bir təşkilatın qurulmasının sevindirici hal olduğunu vurğulayaraq lazımi dəstəyin səfirliyimiz tərəfindən göstəriləcəyini bildirmişdir.
Azərbaycanlı tələbələr üçün nəzərdə tutulan fəaliyyəti dinləyən Təhsil Müşavirimiz Nəcibə Nəsibova da belə bir təşkilata ehtiyacın olduğunu bildirmiş və tələbələrlə əlaqədar fəaliyyətlərdə öz köməyini əsirgəməyəcəyini vurğulamışdır.