Sakarya Universtetində Təhsil Alan Tələbələrimizlə Görüş

INDEX- Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin sədr müavini Əli Məmmədov və Layihə Koordinatoru Könül Məmmədova bölgələrə səfər çərçivəsində Sakarya Universtetində təhsil alan tələbələrimizlə görüşmək məqsədi ilə səhər yeməyində bir araya gəlmişlər.Görüş zamanı tələbələrə INDEX haqqında məlumat verilərək, bu zamana qədər görülən işlər haqqında bəhs edilmişdir.

Daha sonra tələbələrin Türkiyədə təhsil aldıqları müddətdə qarşılaşdıqları problemlər, gələcək layihələr ilə bağlı müzakirələr aparılmışdır. Sonda isə tələbələrin suallarını cavablandıran Əli Məmmədov INDEX-in hər zaman tələbələrə dəstək olacağını vurğulamışdır.