Təhsil Naziri Cənab Mikayıl Cabbarovla Görüş

Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Mikayıl Cabbarov AzeDer sədri Rəşad Abdullayev və sədr müavini Abbas Məmmədovu qəbul etmişdir. Görüş zamanı AzeDer sədri Rəşad Abdullayev AzeDer-in fəaliyyət sahəsi və nəzərdə tutulan layihələri haqqında məlumat vermiş və eyni zamanda Türkiyədə təhsil alan tələbələrin qarşılaşdığı problemlər haqqında danışmışdır. Tələbələrimizin istər təhsil aldıqları müddətdə istərsə də təhsillərini bitirib Azərbaycana qayıtdaqları zaman qarşılaşdıqları problemləri nəzərə çatdıran Rəşad Abdullayev bu problemlərin həllində Təhsil Nazirliyimizin dəstəyinə böyük ehtiyac olduğunu vurğulamışdır. Hörmətli nazirimiz Mikayıl Cabbarov isə problemlərin müəyyən edilərək həlli istiqamətində fəaliyyət göstərilməsi üçün dəstəklərini əsirgəməyəcəklərini bildirdi. Nazir belə bir təşkilatın qurulmasının zəruriliyini qeyd edərək əməkdaşlığa və dəstək olmağa hazir olduqlarını bildirdi.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etmişdir.