İstanbulda təhsil alan Tələbələrimizlə görüş

INDEX- Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzi Layihə Koordinatoru Könül Məmmədova və İstanbul Koordinatoru Xalid Quliyev İstanbulda təhsil alan tələbələrimiz ilə bir araya gəldilər. Görüşümüzə maraq göstərən çox saylı tələbələrimizlə gələcək layihələrin və tədbirlərin təşkil olunması ilə bağlı maraqlı müzakirələr aparıldı.Tələbələrin təklif və şikayətlərini dinləyən həmkarlarımız bunları diqqətə alacağımızı qeyd etdilər. Görüşümüz səmimi söhbət və müzakirələr çərçivəsində davam etdi.