Uşak şəhərində Xocalı konfransı

23 Fevral tarixində INDEX-İnsan Kapitalı İnkişafı Mərkəzinin dəstəyi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Uşak şəhər təmsilçiliyinin Azərbaycanlı tələbəblərinin təşkilatçılığı ilə Uşak Universitetinin Musatafa Kamal Paşa konfrans zalında Xocalı soyqrımının 26-cı il dönümü ilə əlaqədar konfrans təşkil edildi.Tədbirdə Uşak Universitetinin Azərbaycanlı tələbələri ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edərək tədbir iştirakçılarına Xocalı Soyqırımını tanıtdılar.Konfransda Uşak Universitetində təhsil alan Azərbaycanlı və Türk tələbələrlə birlikdə digər ölkələrdən olan tələbələr, müəllimlər və mətbuat nümayəndələri də iştirak edib.